Avropada gənc futbolçulardan ibarət simvolik “11-lik” açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.
mediasport.az xəbər verir ki, rəmzi heyət 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən tərtib edilib.
Qapıçı: Qavin Bazunu (İrlandiya/“Sauthempton”)
Müdafiəçilər: Antonio Silva (Portuqaliya/“Benfika”), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Nunu Mendeş (Portuqaliya/PSJ)
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya/“Barselona”), Cud Bellingem (İngiltərə/“Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa/“Real”)
Hücumçular: Camal Musiala (Almaniya/“Bavariya”), Kərim Adeyemi (Almaniya/“Borussiya” Dortmund), Ansu Fati (İspaniya/“Barselona”)