40 yaşlı Tyaqo Silva karyerasını Braziliyada dvaam etdirəcək
Braziliya milli komandasının veteran futbolçusu Tyaqo Silvanın yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək.
O, 15 illik fasilədən sonra “Fluminense”yə geri dönüb.
2007-ci ildə doğma klubu ilə Braziliya kubokunu qazanmış Silva son 4 mövsümü “Çelsi”də keçirib.