Azərbaycan idmançıları Türkistan yarışını 2 medalla başa vurdular

 Azərbaycan idmançıları Türkistan yarışını 2 medalla başa vurdular

Azərbaycan komandası Qazaxıstanın Türkistan vilayətində keçirilən qazaq güləşi üzrə böyüklər arasında Dünya Kubokunu 2 medalla başa vurub.

Mediasport.az xəbər verir ki, son gündə 55 kq-da yarışan Elşən Dünyamalıyev aktivinə bürünc medal yazdırıb.

Xatırladaq ki, turnirdə daha əvvəl 82 kq-da Adil Adilzadə də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.