Millimiz qrup oyunlarına qələbə ilə başladı - Avropa çempionatı

Millimiz qrup oyunlarına qələbə ilə başladı - Avropa çempionatı

18 yaşadək kişilərdən ibarət basketbol milli komandamız Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C Divizionunun qrup mərhələsində ilk matçına çıxıb.

MediaSport.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən görüşdə Tahir Baxşıyevin komandasının rəqibi Malta basketbolçuları olublar.

İlk periodda bir qədər çətinliklə üzləşən yığmamız fasilədən sonra toparlanaraq rəqib üzərində aşkar fərq yarada bilib. Nəticədə komandamız matçı 73:54 hesablı qələbə ilə başa vurub.

Basketbolçularımız qrupda ikinci oyununda Kipr kollektivi ilə üz-üzə gələcəklər. Görüş avqustun 31-də baş tutacaq.