AÇ: Beş cüdoçumuz Bolqarıstanda keçirilən yarışda tatamiyə çıxacaq
Bu gün Azərbaycanın daha beş cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.
Mediasport.az xəbər verir ki, fərdi yarışın sonuncu günündə qızlardan Mələk Bayramlı (70 kq), oğlanlardan Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) medal uğrunda mübarizə aparacaqlar.
Turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Buna qədər Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı bürünc medal qazanıblar.
Avropa çempionatı. Qızların mübarizəsi
70 kq.
Mələk Bayramlı - Keti Robakidze (Gürcüstan)
90 kq
Hüseyn Eyvazlı - Lorens Hornqaçer (Avstriya)
+ 90 kq
Sübhan Axundov - Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibi