Rəşad Nəbiyev dünya çempionu Hidayət Heydərovu təbrik edib

Rəşad Nəbiyev dünya çempionu Hidayət Heydərovu təbrik edib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Mediasport.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri bu barədə "X" hesabında yazıb.

"Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.

İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!" - nazir qeyd edib.