AFFA Region Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

 AFFA Region Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

AFFA Region Liqasında 2023/24 mövsümünün oyunları davam edir.

Mediasport.az xəbər verir ki, artıq 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib və növbəti raundun cütləri müəyyənləşib.

AFFA Region Liqası. 1/8 final cütlükləri

"Ağcabədi" FK - "Masallı" PFK

"Göyçay" FK - "Göyəzən" PFK

"Çinar Zəngilan" FK - "Lənkəran" FK

"Neftçala" FK - "Şimal"

"Mübariz" FA - "Ağstafa Gəncləri"

"Qala" FK - "Hypers" FK

"Ümid" - "Bərdə" FK 

"Zəfər 44" - "Araz"