Çempion, 2-ci Liqaya vəsiqə və UEFA-ya gedəcək klub məlum oldu
AFFA Region Liqasında qalib bu gün məlum olub.
Mediasport.az xəbər verir ki, mövsümün finalında “Şimal” və “Hypers” komandaları qarşılaşıblar.
Şamaxı şəhər stadionunda təşkil olunan matçın əsas vaxtı heç-heçə başa çatıb.
Əlavə vaxtda da qapılara qol vurulmayıb.
Penalti zərbələrində daha dəqiq olan "Şimal" Azərbaycan çempionu adını qazanıb.
Komanda Azərbaycan 2-ci Liqasına yüksəlməklə yanaşı, ölkəmizi UEFA Region Liqasında təmsil edəcək.
AFFA Region Liqası. Final
16:00 “Şimal” - “Hypers” 1:1 (əlavə vaxt 0:0, pen., 3:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani.