"Xankəndi" dünya çempionatının iştirakçısı ilə müqavilə bağladı
"Xankəndi" klubu minifutbol üzrə Azərbaycan millisinin üzvü Yusif Rufullazadəni transfer edib.
Mediasport.az xəbər verir ki, "Sumqayıt"ın yetirməsi "gənclik şəhəri" təmsilçisinin müxtəlif yaş qruplarında, "Tufan", "Qaradağ Lökbatan", MOİK, "Dinamo" (Bakı) və "Şəmkir"də oynayıb.
Yusif minifutbol üzrə Azərbaycan millisinin heyətində hazırda Xorvatiyada keçirilən dünya çempionatında iştirak edir.
21 yaşlı müdafiəçi vaxtilə Azərbaycanın U-17 yığmasının heyətinə də cəlb olunub, "Qaradağ Lökbatan"ın heyətində Birinci Divizionun qalibi olub.
Qarabağ klubu indiyədək qapıçı Kamil Nəzərli, yarımmüdafiəçilər Pərviz Qaraxanov, Məhəmməd Alıyev, Ruzigar İbrahimzadə və müdafiəçi Əziz Hüseynovla güclənib.
Xatırladaq ki, komanda AFFA Region Liqasında mübarizə aparacaq.