"Xankəndi" futbol klubu yaradıldı - Ölkə çempionatında iştirak edəcək

"Xankəndi" futbol klubu yaradıldı - Ölkə çempionatında iştirak edəcək

Azərbaycanda yeni futbol klubu yaradılıb.

Mediasport.az xəbər verir ki, "Xankəndi" cari mövsümdən AFFA Region Liqasında iştirak edəcək.

Klub ev oyunlarını hələlik Xankəndidə deyil, Şamaxı şəhər stadionunda keçirəcək.

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayında başlaması nəzərdə tutulub.

Komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.