"Sabiq "Xəzər Lənkəran"lı hücumçu Region Liqasında oynayacaq

"Sabiq "Xəzər Lənkəran"lı hücumçu Region Liqasında oynayacaq

Yeni mövsüm Region Liqasında çıxış edəcək “Lerik” heyətini yeni futbolçu ilə gücləndirib.

mediasport.az xəbər verir ki, Mətləb ƏskərliLerik təmsilçisinin formasını geyinəcək.

Hücumçu mövqeyində çıxış edən Mətləb bundan öncə “Xəzər Lənkəran”, “Karvan” və “Lankaran City” (Moskva) kimi komandaların heyətində çıxış edib.