Afrika Millətlər Kuboku: Patrik Andradeli Kabo Verde 1/4 finalda!

Afrika Millətlər Kuboku: Patrik Andradeli Kabo Verde 1/4 finalda!

Afrika Millətlər Kuboku turnirində 1/8 final mərhələsinin son oyunları bu gün keçiriləcək.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın oyunçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde Mavritaniyanı 1 qolla məğlub edib - 1:0.

Turnirə ev sahibliyi edən Fil Dişi Sahili Seneqalı üstələməklə 1/4 finala adını yazdıran yığmalardan olub (1:1, penaltilər - 4:5).

Bu gün E qrupunu lider bitirən Mali D qrupunun ikincisi Burkina Faso ilə qarşılaşacaq.

F qrupunun birincisi Mərakeş növbəti mərhələ çıxmaq uğrunda E qrupunun ikincisi Cənubi Afrika ilə üz-üzə gələcək.

Afrika Millətlər Kuboku

21:00 Mali - Burkina Faso

00:00 Mərakeş - Cənubi Afrika