Ronaldu qovuldu, komandası yarımfinalda dayandı - VİDEO

Ronaldu qovuldu, komandası yarımfinalda dayandı - VİDEO

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal mərhələsində "Əl-Hilal" "Əl-Nəsr"lə qarşılaşıb (2:1).

Mediasport.az xəbər verir ki, Sadio Manenin əsas vaxtın sonuna əlavə edilmiş 9-cu dəqiqədə vurduğu qol Riyad təmsilçisi üçün təsəlli xarakteri daşıyıb.

Əfsanəvi futbolçu Kriştianu Ronaldu isə 86-cı dəqiqədə qırmızı vərəq ilə cəzalanıb və meydandan qovulub.

Nəticədə, superkubokun finalında "Əl-İttihad" və "Əl-Hilal" qarşılaşacaqlar.

Səudiyyə Ərəbistanı Superkuboku. Yarımfinal

"Əl-Hilal" - "Əl-Nəsr" 2:1

Qırmızı vərəqə: Kriştianu Ronaldu, 86.