Ağayevə növbəti təyinat

Ağayevə növbəti təyinat

Beynəlxalq dərəcəli hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

mediasport.az xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında CEV kuboku yarışının 1/8 final mərhələsinin Budapeştdə keçiriləcək ilk matçını idarə edəcək.

Ağayev “Şent Benedek” (Macarıstan) - “Dukla” (Çexiya) oyununda ikinci hakim olacaq. Matçın əsas hakimi isə rumıniyalı Alin Mateizerdir.

“Şent Benedek” - “Dukla” oyunu yanvarın 12-də keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Çexiyada oynanılacaq.