Milli komandamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşaya qarşı
Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
mediasport.az xəbər verir ki, dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.
Azərbaycan yığması Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa milliləri ilə qarşılaşacaq. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa seçməsi ilə üz-üə gələcək. “AÇ-2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.
2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan - Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan