İspaniyada "gümüş" qazanan voleybolçu "Abşeron"a keçdi
"Abşeron" voleybol klubu Şerilim Başorunun keçidini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, 31 yaşlı voleybolçu ilə 1 illik sözləşmə imzalanıb.
Fransalı ötən mövsümü İspaniyanın "Kiele Sokuellamos" komandasında keçirib və gümüş mükafatçı olub.
"Abşeron" buna qədər Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.