AL-də həftənin futbolçusu seçildi
Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
mediasport.az xəbər verir ki, "Braqa"nın hücumçusu Vitor Oliveyra səsvermədə rəqiblərini qabaqlayıb.
Portuqaliyalı forvard Avropa Liqasının 4-cü turunun "Union"la (Belçika) görüşündə (3:3) het-trik edib. Onun rəqibləri 12 seyvlə “Omoniya”nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman və “Şturm”un (Avstriya) hücumçusu Uilyam Bovinq idi.