Marselonun "Qarabağ"la oyunda debüt edəcəyi gözlənilir

Marselonun "Qarabağ"la oyunda debüt edəcəyi gözlənilir

15 illik "Real" (Madrid) karyerasından sonra yoluna Yunanıstanda davam etmək qərarı verən Marselo qarşıdakı həftə yeni klubu "Olimpiakos"un heyətində məhz "Qarabağ"a qarşı oyunda debüt edə bilər.

MediaSport.az xəbər verir ki, Pirey klubu müdafiəçinin adını Yunanıstan Super Liqasının 6-cı turunun "Atromitos"la bu gün baş tutan görüşü üçün heyətə daxil etsə də, "sambaçı" komandasının 2:0 hesabı ilə başa çatan matçında meydana çıxmayıb.

Yunanıstan mətbuatı yazır ki, cənubi amerikalı məhz Avroliqanın qrup mərhələsinin 3-cü turunun oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" duelində debüt imkanı qazanacaq. Oyun Bakı vaxtilə saat 23:00-da başlanacaq.