UEFA "Qarabağ"ın rəqibinə azarkeş qadağası qoydu

UEFA "Qarabağ"ın rəqibinə azarkeş qadağası qoydu

UEFA  "Qarabağ"ın Avroliqanın qrupundakı rəqibi “Olimpiakos”u cərimələyib. MediaSport.az xəbər verir ki, çılğın fanatlarının qrupun “Frayburq”la oyununda pirotexniki vasitələrdən istifadə etməsi kluba baha başa gəlib.

Yunanıstan təmsilçisi 50 min avro cərimələnib, eyni zamanda "Qarabağ"la qarşılaşmada şimal tribunasına azarkeşin buraxılmaması ilə bağlı qərar çıxarılıb. "Olimpiakos" - "Qarabağ" görüşü oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək.