Almaniya, Niderland, Rumıniya və Türkiyə kimi yığmalar Şuşada

Almaniya, Niderland, Rumıniya və Türkiyə kimi yığmalar Şuşada

Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının oyunlarında iştirak edəcək komandaların adları açıqlanıb.

mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan yığması ilə birlikdə 8 kollektiv mübarizə aparacaq.

Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə milliləri ilə yanaşı, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" klubları da qüvvələrini sınayacaq.

Şuşadakı "Tut Bağında" keçiriləcək matçlar iyunun 12-13-də oynanılacaq.