Seymur Məmmədov bilyard federasiyasının prezidenti seçilib

Seymur Məmmədov bilyard federasiyasının prezidenti seçilib

Azərbaycan Bilyard Federasiyasının (ABF) yeni prezidenti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu posta Seymur Məmmədov təyin edilib.

Qurumun yeni rəhbəri bu gün vəzifəsinin icrasına başlayıb. O, göstərilən etimada görə minnətdarlığını bildirib.

Seymur Məmmədov Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduqlarını da sözlərinə əlavə edib.