Almaniya səfirliyindən "Qarabağ"a təbrik: "Bilmək olmaz, bəlkə elə..."

Almaniya səfirliyindən "Qarabağ"a təbrik: "Bilmək olmaz, bəlkə elə..."

Almaniya Respublikasının Azərbaycanda səfirliyinin ofisi UEFA Avropa Liqasında pley-offa vəsiqə qazanmış "Qarabağ" futbol klubunu təbrik edib.

Mediasport.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

“Qarabağ” FK-nı dünənki Avropa Liqasındakı qələbə münasibəti ilə təbrik edirik. “Bayer" (Leverkuzen) və “Qarabağ” FK-nın H qrupundan çıxmasına çox şadıq. “Qarabağ”a pley-off mərhələsində uğurlar arzu edirik – bilmək olmaz, bəlkə turnirin gedişatında elə Almaniyadan yenidən bir komandanı Azərbaycanda görəcəyik" - deyə, paylaşımda qeyd olunub.

Bildirək ki, Azərbaycan çempionu qrupda məhz Almaniya təmsilçisi ilə birlikdə mübarizə aparıb. "Əczaçılar" 6 oyundan 6 qələbə qazanıblar.

Qurban Qurbanovun komandası isə 10 xalla qrupu ikinci yerdə tamamlayıb və tarixində ilk dəfə yarışın pley-off mərhələsinə yüksəlib..