Azərbaycanlı futbolçu Albaniya klubuna qələbə qazandırıb

 Azərbaycanlı futbolçu Albaniya klubuna qələbə qazandırıb

Albaniya Superliqasında 6-cı turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” səfərdə “Vlajniya" ilə qarşılaşıb.

Futbolçumuz yeni klubunun heyətində ikinci rəsmi qolunu vurub. 85 dəqiqə meydanda olan Vüsal 49-cu dəqiqədə hesabı açmaqla qələbənin əsasını qoyub.

Görüşü 2:0 hesabı ilə qazanan "Eqnatiya" 13 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib.