"Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər"
"Neftçi" Azərbaycan Premyer Liqasının 26-cı turunda Tovuz səfərində "Kəpəz"lə heç-heçə edib.
Mediasport.az xəbər verir ki, 3:3 hesabı ilə başa çatan matçda "ağ-qaralar"ın kapitanı Emin Mahmudov ciddi zədə alıb.
32 yaşlı yarımmüdafiiəçi rəqib futbolçu Yeqor Xvalkonun kobud oyunundan sonra komandasına penalti qazandırsa da, meydanı həkimlərin köməyilə tərk edib.
Qarşılaşmadan sonra açıqlama verən Bakı təmsilçisinin baş məşqçisi Miodraq Bojoviç hakimin qərarına sərt şəkildə etiraz edib:
"Az qalmşdı ki, Eminin ayağını qırsınlar. "Qarabağ"la görüşdə də eyni hal yaşandı. O, çox ciddi zədə alıb. Həkimlər müayinə edəndən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər".