VİDEO: "Arsenal" və "Barselona" Çempionlar Liqasının 1/4 finalında

VİDEO: "Arsenal" və "Barselona" Çempionlar Liqasının 1/4 finalında

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

Mediasport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazanan daha iki kollektivin adına aydınlıq gəlib.

Ötən həftə Portuqaliyada "Portu"ya uduzan "Arsenal" növbəti mərhələni penaltilər seriyasında təmin edib.

"Nou Kamp"da isə İtaliyada bərabərə qalan komandaların cavab duelində "Barselona" rəqibinə şans verməyib.

Raundun digər iki görüşü bu gün baş tutacaq.

Qeyd edək ki, daha əvvəl 4 klub adını 1/4 finala yazdırıb: "Mançester Siti", "Real", "Bavariya" və PSJ.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


00:00 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) 3:1

Qollar: F.Lopes, 15, J.Kanselu, 17, R.Levandovski, 83 - Rahmani, 30.

Baı hakim: Danni Makkelie (Niderland)

Barselona, "Kamp Nou", ilk matç - 1:1.





00:00 "Arsenal" (İngiltərə) - "Portu" (Portuqaliya) 1:0 (pen - 2:0)

Qol: Leandro Trossar, 41.

Baş hakim: Klemen Turpin (FRansa)

London, "Emireyts", ilk matç - 0:1.