Çempionlaq Liqasında FİNAL: "Mançester Siti" "İnter"ə qarşı

Çempionlaq Liqasında FİNAL: "Mançester Siti" "İnter"ə qarşı

Bu gecə Avropa qitəsinin futbol üzrə bir nömrəli klub yarışı - UEFA Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulacaq.

mediasport.az xəbər verir ki, final qarşılaşmasına ev sahibliyi edəcək Türkiyənin İstanbul şəhərində ikinci dəfə ingilis-italyan qarşıdurması reallaşacaq.

Bundan əvvəl İstanbulda ÇL finalı 2004/2005-ci illər mövsümündə keçirilib və fantastik "Liverpul" - "Milan" (3:3) matçı illərdir yaddaşlardan silinmir.

Bugünkü finalın favoriti "Mançester Siti" sayılsa da, əslində, biroyunluq duellərdə statistika və rəqəmlər çox da həlledici olmur.


UEFA Çempionlar Liqası. Final


23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Türkiyə, İstanbul. Atatürk Olimpiya Stadionu.