ÇL: İspaniya və İngiltərədə terror HƏYƏCANI: "Hamısını öldürün!"
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.
Mediasport.az xəbər verir ki, İŞİD terror qruplaşması qarşılaşmaların keçiriləcəyi stadionların adlarının əks olunduğu poster hazırlayıb və üzərinə "Hamısını öldürün!" cümləsini əlavə edib.
İspaniyanın paytaxtı Madriddə baş tutacaq "Real" - "Mançester Siti" görüşü ilə bağlı hakimiyyət nümayəndələri açıqlama yayıb:
"Yayılan terror təhdidinin qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Qüvvələri və Orqanları xəbərdarlıq və mühafizə sistemlərini hazır vəziyyətə gətirib".
"Real" və "Mançester Siti" "Santyaqo Bernabeu"da (İspaniya), "Arsenal" və "Bayern" "Emireyts" stadionunda (İngiltərə) qarşılaşacaqlar.
Yarımfinalın digər 2 görüşü sabah oynanılacaq.