Almaniyaya gedən "Beşiktaş" rəsmisi "Qarabağ"lını bəyəndi!

 Almaniyaya gedən "Beşiktaş" rəsmisi "Qarabağ"lını bəyəndi!

"Qarabağ"ın aparıcı orvardı Olavio Juninyo karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun braziliyalı hücumçusu yayda "Beşiktaş"a transfer olunmağa yaxındır.

İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanın Avropa Liqasının 1/8 final mərhələsinin Almaniyada "Bayer"lə keçirdiyi səfər matçından müsbət təəsüsüratlarla ayrılıb.

Klub rəsmisi 27 yaşlı "sambaçı" ilə bağlı razılıq rəyini təqdim edib.

"Beşiktaş" mövsümün sonunda "Qarabağ"la danışıqlara başlayacaq.