"Neftçi"də yeni tərəfdaş

"Neftçi"də yeni tərəfdaş

“Neftçi” yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" “Pro Media Group”la əməkdaşlıq edəcəklər.

Razılaşmaya əsasən, "Neftçi Arena"da yerləşən reklam lövhələrində “97.7 Baku Hit Fm”lə bağlı təbliğat materialları yerləşdiriləcək.

Anlaşma 1 illik nəzərdə tutulub.