Andrey Lunyovdan növbəti AÇIQLAMA: Gedir, yoxsa qalır?

Andrey Lunyovdan növbəti AÇIQLAMA: Gedir, yoxsa qalır?

“Hazırda "Qarabağ”dayam, işlərim yaxşı gedir. Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəyimiz oyuna hazırlaşırıq”.

Mediasport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

32 yaşlı qolkiper həmkarlarımızın Azərbaycanda qalıb-qalmayacağı ilə bağlı sualına cavab.

Lunyov Ağdam klubu ilə müqaviləsinin uzadılması məsələsini belə şərh edib: “Hər şeyin öz vaxtı var. Rusiya çempionatına dönmək barədə də heç nə deyə bilmərəm. Bunu da zaman göstərəcək”.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"a keçib.