Avropa Liqası: "Qarabağ" Bakıda "Ayaks"a uduzdu - YENİLƏNDİ

Avropa Liqası: "Qarabağ" Bakıda "Ayaks"a uduzdu - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 3-cü tur çərçivəsində Niderlandın ən titullu kollektivi "Ayaks"la qarşılaşıb.

Ağdam təmsilçisi məğlub olub.

UEFA Avropa Liqası. Əsas mərhələ. 3-cü tur

"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:3

Qollar: Kennet Teylor, 36, Vut Veqhorst, 73-pen., Çuba Akpom, 77.

Qırmızı vərəqələr: Julio Romao, 15, Elvin Cəfərquliyev, 80.

Baş hakim: Nikolas Uolş. 

Yan xətt hakimləri: Qreym Stüart, Kalum Spens.

Dördüncü hakim: Kristofer Qraham.

VAR: Kevin Klansi, 

AVAR: Con Biton

Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoveç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Jubinyo

Baş məşqçi: Qurban Qurbanov.

"Ayaks": 22. Remko Pasveer, 4. Jorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst

Baş məşqçi: Françesko Farioli.