Millimizin oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyanın qonağı olacaq.
Mediasport.az xəbər verir ki, Ballimena şəhərində baş tutacaq qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.
Görüşün start fiti 12 oktyabr, Bakı vaxtı ilə 18:00-da səslənəcək və matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Avropa çempionatının seçmə mərhələsi
12 oktyabr
18:00 Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21)
Baş hakim: Heyni Ziskason Vidoy.
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Hoygqard, Yan Hermansen.
Dördüncü hakim: Byarki Danielsen.
"Şouqraunds" stadionu. Ballimena, Şimali İrlandiya.