Canpolad Əliyevdən bürünc medal
Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turniri başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.
90 kq çəki dərəcəsində Canpolad Əliyev bürünc medal qazanıb.
Turnirin ilk günündə Bayram Orucov (55 kq) qızıl medala sahib çıxmışdı.
Xatırladaq ki, Avropa Kubokunda 29 ölkədən 614 idmançı mübarizə aparıb.