Antonio Konte rəsmən "Napoli"də

Antonio Konte rəsmən "Napoli"də

"Napoli"nin yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Neapol təmsilçisini Antonio Konte çalışdıracaq.

54 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

O, fevraldan baş məşqçi postunu müvəqqəti tutan Françesko Kalsonanı əvəzləyib.

2023-cü ildə "Tottenhem"dən ayrılandan işsiz olan Konte "İnter", "Yuventus", "Siena", "Atalanta", "Bari", "Aretso" və İtaliya milli komandasına rəhbərlik edib.

Təcrübəli məşqçi "Yuventus" və "İnter"lə İtaliya, "Çelsi "ilə İngiltərə çempionu olub.