Bu qrupda vəsiqələrin taleyi son tura qaldı - KONFRANS LİQASI

Bu qrupda vəsiqələrin taleyi son tura qaldı - KONFRANS LİQASI

Srağagün qatı duman səbəbindən təxirə salınmış Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunun "Slovaçko" - "Köln" görüşünün davamı keçirilib.

mediasport.az xəbər verir ki, qarşılaşma Almaniya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.


Konfrans Liqası. Qrup mərhələsi. 5-ci tur

"Slovaçko" (Çexiya) - "Köln" (Almaniya) 0:1

Qol: Duda, 82.

Bu nəticədən sonra aktivindəki xalların sayını 7-yə yüksəldən "keçilər" turnir cədvəlində üçüncü pillədəki mövqeyini qoruyub. Qrupa 8 xalla "Nitsa" başçılıq edir. Eyni xalı olan "Partizan" ikinci pillədə qərarlaşıb.