36 komandalı Avropa Liqasında əsas mərhələnin püşkü atılacaq
Bu gün Monakoda UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Mediasport.az xəbər verir ki, tədbir 15:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Çempionlar Liqasının pley-offunda "Dinamo"ya (Zaqreb) uduzaraq Avropa Liqasına yuvarlanan "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Avropa Liqasının əsas mərhələsinin püşkatmasında iştirak edəcək 36 klub:
"Ayaks", "Alkmaar", "Tvente" (hamısı Niderland), "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" (hamısı Türkiyə), "Anderlext", "Union Sent Jilluaz" (hər ikisi Belçika), "Slaviya" (Praqa, Çexiya), "Viktoriya" (Plzen, Çexiya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Nitsa" (Fransa), "Olimpik" (Lion, Fransa), "Ayntraxt" (Frankfurt, Almaniya), "Hoffenhaym" (Almaniya), "Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Latsio", "Roma" (hər ikisi İtaliya), "Atletik", "Real Sosyedad" (İspaniya), "Elfsborq", "Malmö" (hər ikisi İsveç), "Qarabağ" (Azərbaycan), "Ludoqorest" (Bolqarıstan), "Midtyulland" (Danimarka), "Ferentsvaroş" (Macarıstan), "Makkabi" (Tel-Əviv, İsrail), RFS (Latviya), "Bude-Qlimt" (Norveç), "Styaua" (Rumıniya), "Reyncers" (Şotlandiya), "Dinamo" (Kiyev, Ukrayna).