"Deyəcək sözümüz yoxdur, rəqib futbolçular vaxtı uzadırdılar"

"Deyəcək sözümüz yoxdur, rəqib futbolçular vaxtı uzadırdılar"

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Olimpiakos" oyunu barədə düşüncələrini paylaşıb.


mediasport.az
xəbər verir ki, 26 yaşlı futbolçu "CBC Sport" kanalına açıqlamasında qonaq komandanın vaxtı çox uzatdığını deyib.


"Deyəcək sözümüz yoxdur. Rəqib müdafiədən oynadı və boşluqlar vermədi. Oyunun sonlarında isə vaxtı uzadırdılar. "Olimpiakos"un belə oynayacağını gözləmirdik. Düşünürdük ki, hücum edəcəklər. Cinah müdafiəçiləri belə, hücuma çıxmırdı. Oyun haqda başqa nə demək olar? Bir xal da bizim üçün əhəmiyyətlidir".

Görüş 0:0 hesabı ilə başa çatıb.