De Brüyne İngiltərə çempionatı tarixində 3 futbolçudan biridir

De Brüyne İngiltərə çempionatı tarixində 3 futbolçudan biridir

"Mançester Siti" İngiltərə Premyer Liqasının 21-ci turunda "Nyukasl"ı məğlub edib (3:2).

Mediasport.az xəbər verir ki, geri dönüşlə vacib 3 xal qazanan "şəhərlilər" turnir cədvəlində 2-ci pilləyə yüksəliblər.

"Sağsağanlar"la matçda Mançester təmsilçisinin qələbə qazanmasında böyük pay sahibi olan Kevin de Brüyne 1 qol və 1 məhsuldar ötürmə ilə Premyer Liqa tarixinin məhsuldar ötürmə cədvəlində ilk "3-lüy"ə düşüb.

Belçika milisinin lideri İngiltərə yığmasının sabiq forvardı Ueyn Runi ilə 3-4-cü yerləri bölüşdürür. Qol sayına görə De Brüynə 3-cü pilləyə yüksəlib. Karyerasını başa vurmuş "Mançester Yunayted"in əfsanəsinin də aktivində eyni sayda qol ötürməsi var.


İngiltərə çempionatında ən çox məhsuldar ötürmə edən futbolçular

1. Rayan Giqqz: 632 oyun, 109 qol, 162 məhsuldar ötürmə

2. Fransesk Fabreqas: 350 oyun, 50 qol, 111 məhsuldar ötürmə

3. Kevin de Brüyne: 244 oyun, 65 qol, 103 məhsuldar ötürmə

4. Ueyn Runi: 491 oyun, 208 qol, 103 məhsuldar ötürmə

6. Frenk Lempard: 609 oyun, 177 qol, 102 məhsuldar ötürmə

7. Dennis Berqkamp: 315 oyun, 87 qol, 94 məhsuldar ötürmə

8. David Silva: 309 oyun, 60 qol, 93 məhsuldar ötürmə

9. Stiven Cerrard: 504 oyun, 120 qol, 92 məhsuldar ötürmə

10. Ceyms Milner: 632 oyun, 55 qol, 89 məhsuldar ötürmə

11. Devid Bekhem : 265 oyun, 62 qol, 80 məhsuldar ötürmə

Rövşən

Mənbə: "Opta"