29-cu dəfə çempion oldular
Argentina çempionatında mövsümə yekun vurulub.
mediasport.az xəbər verir ki, lider "Boka Xunyors" son turda öz meydanında "İndependyente" ilə qarşılaşıb.
Yekunda qeydə alınan 2:2 hesablı bərabərlik meydan sahiblərinin 29-cu dəfə ölkə çempionu olmasını rəsmiləşdirib.
Liderdən iki xal geridə olan "Rasinq" isə doğma meydanda "River Pleyt" uduzaraq gümüş medalları qazanıb.