"Fənərbağça" II təsnifat mərhələsini 9 cavabsız qolla keçdi - Konfrans Liqası

"Fənərbağça" II təsnifat mərhələsini 9 cavabsız qolla keçdi - Konfrans Liqası

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

MediaSport.az xəbər verir ki, ilk matç günündə 6 görüş baş tutub.

Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" ilk qarşılaşmada 5 cavabsız qolla üstələdiyi "Zimbru"ya Moldovada da fürsət tanımayıb - 4:0.

İstanbul klubu III təsnifat mərhələsinə "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Raundun qalan cavab görüşləri bu gün və sabah oynanılacaq.


UEFA Konfrans Liqası. II təsnifat mərhələsi. Cavab oyunu


1 avqust


"Valmiera" (Latviya) - Tre Penne (San Marino) 7:0 (İlk oyun - 3:0)

"Balsan" (Malta) - "Neman" (Belarus) 0:0 (İlk oyun - 0:2)

"Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) 0:4 (İlk oyun - 0:5)

"Esperanj" (Lüksemburq) - TNS (Uels) 3:2 (İlk oyun - 1:1)

"Partizani" (Albaniya) - "Atletiko Eskaldes" (Andorra) 4:1 (İlk oyun - 1:0)

"Buduçnost" (Monteneqro) - "Struqa" (Şimali Makedoniya) 3:4 (İlk oyun - 0:1)