Asim Xudiyev Gürcüstan millisinin AÇ oyununa təyinat aldı

Asim Xudiyev Gürcüstan millisinin AÇ oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.

Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Kutaisi şəhərindəki “Şengeliya Arena”da gerçəkləşəcək.