AFFA və PFL rəhbərliyi Almaniyada
"Elite Club Programme" təhsil layihəsinin növbəti mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, layihə AFFA və UEFA akademiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Bu ayın 10-dək davam edəcək ikinci sessiya Almaniyanın Frankfurt şəhərində keçirilir.
AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi, eyni zamanda, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri seminarda iştirak edirlər.
Seminarın bu gün "Ayntraxt" klubunun, sabah "Maynts" komandasının stadionunda, dekabrın 8-də isə Almaniya Futbol Federasiyasının təlim-məşq bazasında keçirilməsi nəzərdə tutulub. Proqramın əsas məqsədi Premyer Liqa təmsilçilərinin klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir.
3 mərhələdən ibarət olan layihənin ilk sessiyası Bakıda keçirilib. Sonuncu sessiya isə 2024-cü il fevralın 7-9-da yenidən Bakıda təşkil ediləcək.