Yığma komandamızın futbolçusu Niderlandda növbəti qolunu vurub
Niderland Birinci Liqasında 27-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “Venlo”nun qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
87 dəqiqə meydanda olan Kökçü 55-ci dəqiqədə komandasının ikinci, mövsümdə 8-ci qolunu vurub.
Eyndhoven təmsilçisi 33 xalla 14-cü pillədə qərarlaşıb.