AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinin oyununda
Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.
Mediasport.az xəbər verir ki, bunu AVF-in mətbuat xidməti açıqlayıb.
Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü olan Frişman E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Matç avqustun 17-də İsveçdə keçiriləcək.
Qeyd edək ki, oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.