Azərbaycan millisinin üzvü İndoneziya klubuna transfer olunub
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 33 yaşlı hücumçu "Qresik Petrokimya" komandasında oynayacaq.
Türkiyə təmsilçisi "Karayolları"ndan ayrılan Rəhimova artıq bu ölkəyə yollanıb.
Yığmamızın lideri Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.