Ölkə çempionatlarının qalibləri mükafatlandırıldılar - FOTOLAR

Ölkə çempionatlarının qalibləri mükafatlandırıldılar - FOTOLAR

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıblar.

Mediasport.az xəbər verir ki, Bakı Su İdman Sarayında təşkil olunan mərasimdə qızıl medalları komandalara Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev və idarə heyətinin üzvü Elqar Bağırov təqdim edib.

Həm kişi, həm də qadın çimərlik voleybolu üzrə ölkə çempionatının qalibi olan “Azərreyl-1”in hər iki komandasına çempionluq kuboku və qızıl medallar təqdim olunub.

Kişi voleybolçular arasında gümüş medalları "Azərreyl-3", bürünc mükafatları "Azərreyl -2" qazanıb.

Qadınların yarışında "Murov Az Terminal" ikinci, "Milli Aviasiya Akademiyası" üçüncü yeri tutub.

Xatırladaq ki, ölkə birinciliyində 9 qadın, 10 kişi komandası iştirak edib.

Reqlamentə əsasən, hər klub yarışda iki komanda ilə təmsil olunub.

Ölkə birinciliyinin qalibi olan komandalar klublararası Avropa çempionatında iştirak edəcəklər.