AVRO-2025: Azərbaycan milli komandasının heyəti açıqlanıb

AVRO-2025: Azərbaycan milli komandasının heyəti açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Mediasport.az istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək.

Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.

İlk dəfə B Liqasında çıxış edən Siyasət Əsgərovun komandası qrupun əvvəlki iki matçında səfərdə Macarıstanla bərabərə (1:1) qalıb, Bakıda İsveçrəyə məğlub olub (0:4).

Qitə birinciliyinin final mərhələsi 2025-ci il iyulun 2-dən 27-dək İsveçrədə təşkil olunacaq.



S

AD/SOYAD

KLUB

1

Aytac Şərifova

Trabzonspor (Türkiyə)

2

Nərgiz Əliyeva

Eregli Spor (Türkiyə)

3

Günay İsmayılova

Neftçi

4

Nigar Mirzəliyeva

Zenit (Rusiya)

5

Nərgiz Hacıyeva

Aktobe (Qazaxıstan)

6

Manə Mollayeva

Neftçi

7

Ayşən Əhmədova

PAOK (Yunanıstan)

8

Alina Dorofeyeva

Yenisey (Rusiya)

9

Diana Məmmədova

Yenisey (Rusiya)

10

Fidan Cəfərova

Baku Juniors

11

Aysun Əliyeva

Neftçi

12

Kamilla Məmmədova

Okjetpes (Qazaxıstan)

13

Firəngiz Teymurova

Neftçi

14

Jalə Məhsimova

Bəylərbəyi Spor (Türkiyə)

15

Yeliz Acar

Fatih Vətən (Türkiyə)

16

Peritan Bozdağ

Fatih Vətən (Türkiyə)

17

Esra Manya

Beşiktaş (Türkiyə)

18

Kristina Bakarandze

Qalatasaray (Türkiyə)

19

Coşqunə Əliyeva

Neftçi

20

Sevinc Cəfərzadə

İstern Fleyms (Səudiyyə Ərəbistan)

21

Milana Rəhimova

Neftçi

22

Nazlıcan Parlak

Qalatasaray (Türkiyə)

23

Vüsalə Seyfəddinova

Olimpiada İmittu (Yunanıstan)