"Nəticə meydanda görünənləri əks etdirmir" - Millimizlə oyun haqda

"Nəticə meydanda görünənləri əks etdirmir" - Millimizlə oyun haqda

“Nəticə meydanda görünənləri əks etdirmir. Çünki biz bütün oyun boyu dominantlıq edirdik. Bu, xüsusilə də birinci hissədə aşkar idi”.

Mediasport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Şarvas deyib.

32 yaşlı mütəxəssis AVRO-2025-in seçmə qrup mərhələsinin B Liqasının 1-ci qrupunda Azərbaycan yığması ilə keçirilən matçı şərh edib:

“Çox sayda yaxşı imkanlar yaratdıq. Bu vəziyyətlərdən yararlanmalı idik. Amma oyunumuzu daha da inkişaf etdirə bilərik. Son 10 dəqiqədə oyunumuzda tələskənlik hiss olunurdu. Mənəvi cəhətdən güclənməliyik. İlk oyunumuz planlaşdırdığımız kimi alınmadı".

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü 1:1 hesabı ilə yekunlaşıb.