Millimizin futbolçusu yığmamızın baş məşqçisini məyus edib

Millimizin futbolçusu yığmamızın baş məşqçisini məyus edib

Qadınlar arasında futbol üzrə Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərovun çalışdırdığı "Fomget" milli komandamızın üzvü Kristina Bakarandzenin heyətində çıxış etdiyi "Qalatasaray"ın qonağı olub.

Məhz Bakarandzenin hesabı açdığı matçda Əsgərovun komandası məğlub olub - 1:2.

Xallarının sayını 33-ə çatdıran "Qalatasaray" turnir cədvəlində birinci pilləyə yüksəlib.

Son çempion "Fomget" isə 29 xalla 3-cü pilləyə düşüb.