Rövnəq Abdullayev qrup lideri olan milli komandamızı təbrik edib

 Rövnəq Abdullayev qrup lideri olan milli komandamızı təbrik edib

Məlum olduğu kimi, qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA tərəfindən ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrup lideri olub.

Mediasport.az xəbər verir ki, komandamız Kipr milli komandası üzrərində səfərdə qazanılan qələbə ilə qrup mərhələsində 4-cü qalibiyyətini rəsmiləşdirib.

Bu qələbə sayəsində qrupda liderliyini təmin edən millimiz UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazanıb.

Kipr üzərində qazanılan qələbədən sonra AFFA prezidenti Rövnəq Abdullayev komandanı, həm də məşqçi heyətini təbrik edib və gələcək oyunlarda uğurlar arzu edib.